Modern.az

Ərdoğan: “Rusiya Türkiyə kimi bir dostunu itirsə, çox şey itirər”

Ərdoğan: “Rusiya Türkiyə kimi bir dostunu itirsə, çox şey itirər”

6 Oktyabr 2015, 16:36



Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan və Belçikanın baş naziri Şarl Mişel ilə görüşdə Rusiyanın Suriyada İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasına qarşı həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı açıqlama verib.

Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, Ərdoğan deyib: “Bunu qəbul etmək Türkiyəyə yaraşmaz, NATO-nun da prinsipləri xaricindədir. Rusiya Türkiyə kimi bir dostunu itirsə, çox şey itirər”.

Ərdoğan Rusiyanın bu addımına birmənalı yanaşaraq əlavə edib ki, indi Rusiyanın Suriyada etdiyi Türkiyənin sərhədlərini pozma hadisəsidir: “NATO-nun da sərt bir ultimatumu oldu.

Buna səbr etməmiz mümkün deyil. Arzu etmədiyimiz bəzi addımlar atılmaqdadır. Bunu qəbul etmək Türkiyəyə yaraşmaz”.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir