Modern.az

Türkiyədən Rusiyaya təklif

Türkiyədən Rusiyaya təklif

7 Oktyabr 2015, 00:49

Türkiyə Rusiyaya Suriyada birgə işçi qrupunun yaradılmasını təklif edib. Modern.az-ın xarici mediaya istinadən məlumatına görə, Türkiyə tərəfi belə bir addımı atmaqla özünün sığortalanmasını təmin etmək niyyətindədir. Belə ki, birgə işçi qrupunun yaradılmasında maraqlı olan Türkiyə bu addımla  Rusiya ordusunun əməliyyatları zamanı baş verə biləcək hadisələrin qarşısını almağı hədəfləyir.

 Rusiya Müdafiə Nazirliyinin sözçüsü  İqor Konaşenkov rus mediasına açıqlamasında Türkiyə tərəfdən gələn birgə çalışma təklifini təsdiqləyib: “ Türkiyə Ruasiyanın Sutriyadakı hava əməliyyatları sırasında kordinasiya qura bilmək üçün Moskvaya ortaq çalışma qrupu göndərməyə hazırdır.”

 O, bildirib ki, təklif  Rusiyanın İstanbuldakı səfirliyinə edilib.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu