Modern.az

Avropa Birliyi 400 min miqrantı deportasiya edəcək – İDDİA

Avropa Birliyi 400 min miqrantı deportasiya edəcək – İDDİA

7 Oktyabr 2015, 11:40


Avropa Birliyi yaxın həftələrdə siyasi sığınacaq istəyi qəbul edilməyən 400 min miqrantı deportasiya etməyi planlaşdırır.

Modern.az Britaniyanın “The Times” qəzetinə istinadən xəbər verir ki, bu barədə qərar bütün birlik ölkələrinin liderləri tərəfindən razılaşdırılıb:

“Bu ilin 1-ci yarısında Avropa Birliyi ərazisinə gələn 400 mindən artıq miqrant qaçqın statusu almayacaq”.  

Nəşrin məlumatına görə, rəsmi Brüssel Nigeriya, Eritreya və digər ölkələr iqtisadi miqrantları qəbul etməyəcəyi halda, bu ölkələrlə bütün humanitar, ticarət və viza razılaşmalarını ləğv edəcəyini bildirib. Deportasiya olunacaq miqrantlar arasında Əfqanıstan, Liviya və Suriya vətəndaşları da olacaq.  

Avropa Birliyi İkinci Dünya Müharibəsinin sonundan bəri ən ciddi miqrant axını problemi ilə üzləşib. Təkcə Almaniya bu ilin sonuna qədər 1,2 milyondan artıq miqrantı qəbul edəcəyini bildirib.    

Vüqar İsmayılov  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub