Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyanın Suriyadakı hərbi əməliyyatlarını üçüncü dünya müharibəsinə tərəf atılan bir addım adlandırıb. Modern.az bildirir ki, Ukraynanın dövlət başçısı bu haqda “Korrespondent” nəşrinə açıqlamasında deyib:
“ Biz Rusiya Federasiyasının uzaq Suriyadakı aqressiyasını başa düşməliyik, bu məsuliyyətsiz addımlar nə qədərki davam edəcək, bir o qədər bizi üçüncü dünya müharibəsinə yaxınlaşdıracaq”.Bundan əvvəl isə Poroşenko Rusiyanın Suriya ərazisindəki hərəkətlərinin məqsədini belə izah edirdi: “ Putin böyük siyasətə təsirini qaytarmağa cəhd edir. Bunun üçün ona dünya siyasətinə dönmək lazımdır və o bura “Suriyadakı qara girişlə” daxil olmağa cəhd göstərir”.
Modern. az