Modern.az

İsraildə qadın satan mağaza açılıb

İsraildə qadın satan mağaza açılıb

Təhsil

29 Oktyabr 2010, 12:51

İsrailin paytaxtı Təl-Əvivin böyük ticarət mərkəzində qadınlar satılan mağaza açılıb. Ticarət mərkəzinə gələnlər vitrində ayaq üstə duran canlı qadınların üzərinə onların qiyməti, yaşı, çəkisi, ölçüləri yazılmış markaları gördükdə şoka düşüblər.

Modern.az saytı İsrail mətbuatına istinadən xəbər verir ki, mağazanın təşkilatçıları bu aksiyanı keçirməklə İsraildə fahişə xidmətinin qadağan edəcək qanunun layihəsinin qəbul edilməsini  dəstəkləyirlər.

İsrail vətəndaşlarının böyük əksəriyyəti fahişəliyin cinayət kimi qiymətləndirilməsinin tərəfdarıdır və belə bir qanun hazırlanması vacib sayırlar. İsraillilər fikirləşirlər ki, belə qanun qadın alveri ilə mübarizədə mühüm addım olardı.
“Qanun fahişə alveri ilə məşğul olanlara qarşı ciddi problem yaradar. Belə qanun olarsa, o zaman fahişələrə tələbat kəskin azalacaq və bu biznes cinayətkar təkilatlar üçün qazanc gətirməyən bir sahə kimi cazibədarlığını itirəcək”-deyə vəkil Ori Keydar bildirib. Keydarın sözlərinə görə, qanun layihəsi İsveç təcrübəsinə əsaslanaraq hazırlanacaq.

Qeyd edək ki, son 10 ildə İsraildə 10 min qadın qul kimi satılıb.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə