Modern.az

Baş nazir Köçəryanın siyasətə qayıdışını istisna etmir

Baş nazir Köçəryanın siyasətə qayıdışını istisna etmir

Dünya

7 Oktyabr 2015, 23:00

“Siyasətdə hər şey mümkündür”. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, baş nazir Ovik Abramyan jurnalistlərin keçmiş prezident Robert Köçəryanın növbəti parlament seçkilərində mümkün iştirakı ilə bağlı sualına cavab olaraq belə deyib:

“Siyasətdə mən “heç” vaxt demirəm, hər şey mümkündür”.

Bununla belə, baş nazir Köçəryanın Konstitusiya islahatları ilə bağlı son müsahibəsindəki tənqidi fikirlərə isə şərh verməkdən boyun qaçırıb. 

Jurnalistlərin “Robert Köçəryanı “sıxışdırmaq” haqda düşünürsünüzmü” sualına isə Abramyanın cavabı belə olub: “Mən kimi sıxışdırmışam ki? Mən heç vaxt belə fikir deməmişəm, konkret kiməsə müraciət etməmişəm”. 

Bu il fevralın 12-də hakim Respublikaçılar Partiyasının Şurasının iclasında baş nazir Ovik Abramyan prezident Serj Sarkisyana müraciət edərək bəyan edib ki, adminstrativ resurslardan istifadə etməklə hələ çox iş görmək lazımdır. “Kim bir neçə dəfə başa düşmürsə, onu sıxışdırmaq lazımdır”, - baş nazir bəyan edib.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır