Modern.az

“Nuşirəvan Məhərrəmlinin ANS-dən zəhləsi gedir”

“Nuşirəvan Məhərrəmlinin ANS-dən zəhləsi gedir”

8 Oktyabr 2015, 12:45

Mais Məmmədov: “ANS-i Nuşirəvan Məhərrəmli yaratmayıb ki, o da bağlatsın”


Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS Müstəqil Yayım və Media Şirkətini məhkəməyə verilib. Şuranın hüquqşünaslarının açıqlamasına görə, ANS-in məhkəməyə verilməsinə səbəb serial çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitdən düzgün istifadə edilməməsidir.

ANS telekanalının mətbuat müşaviri Mayıs Məmmədov Modern.az saytına deyib ki, bütün bunlar Nuşirəvan Məhərrəmlinin onun təmsil etdiyi kanalla ədavəti olmasından irəli gəlir:

“Bu, Nuşirəvan Məhərrəmlinin işidir. Axı o, senzordur. ANS-ə qarşı qərəz nümayiş etdirir. Çünki onun ANS-dən zəhləsi gedir, vəssalam.

Biz serial çəkilişlərini davam etdirəcəyik. Buna görə məhkəməyə niyə verirlər ki? O, sadəcə ANS-ə ilişmək üçün nə isə axtarır. Məhkəməyə verib, versin. Biz də seyrçi qalası deyilik”.

Kanal rəsmisi “Bütün bunlar ANS-in qapadılması ilə nəticələnə bilərmi” sualına cavabında deyib ki, bu, mümkün deyil:

“Nuşirəvan Məhərrəmli məmurdur, kanal qapatmaq səlahiyyətində deyil. Azərbaycanda neçə televiziya kanalı, neçə radio olacağına o qərar verə bilməz. O,  çox özündən razı insandır. Televiziya jurnalisti bir yana, o, heç jurnalist də deyil. Heç kim bilmədiyi bir sahə üzrə qərar verə bilməz. İxtisasca işıq müdiri, “matros”, ticarətçilərin toplaşdığı bir qurumdan bundan artığını gözləmək əbəsdir. Onlar teleradio sahəsinə necə rəhbərlik edir, başım çıxmır.
Bir də onu deyim ki, ANS yaradılanda Nuşirəvan Məhərrəmli yox idi. O ANS yaratmayıb, ANS-i bağlasın”.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər