Modern.az

«Yalnız Fuad Muradovu dəstəkləyirik!» ®

«Yalnız Fuad Muradovu dəstəkləyirik!»  ®

Təhsil

29 Oktyabr 2010, 14:47


29 saylı Səbail seçki dairəsinin namizədi Fuad Muradovun təbliğat kampaniyası davam edir. Növbəti görüşlər Salyan yolu, Bədəlov, Fərman Qurbanov 23, Buxta, Lütfin Babayev küçələrinin sakinləri ilə keçirilib.

Çoxsaylı insanların iştirak etdiyi görüşdə çıxış edən Fuad Muradov bildirib ki, 7 noyabrda hər birimiz öz seçki hüququmuzdan istifadə etməliyik. «Seçkilərdə iştirak etməklə siz dövlətimizə olan münasibətinizi bildirmiş olacaqsınız. Kimə səs verəcəyiniz öz işinizdir. Amma inanıram ki, boş-boş vədlər verən, xalqı aldadan və əməli işi olmayanları dəstəkləməyəcəksiniz. Əksinə daim sizinlə olan və tanıdığınız namizədə səs verəcəksiniz».
Fuad Muradovun bu çıxışından sonra seçicilərlə söhbəti olub. Salyan yolu küçəsinin sakini Kərim Məhərrəmov bildirib  ki, televiziyada, müxtəlif qəzetlərdə böhtan dolu sözlər danışanlar bizim səsimizi qazanacaqlarına ümid edirlər.
«Gülməli sözlər danışırlar. Guya biz demişik ki, görüşməyə ehtiyac yoxdur, səsimiz sizindir. Düzdür o cür insanlarla görüşməyə ehtiyacımız da yoxdur. Amma səsimiz bizim yanımızda olan insanındır.» Bu çıxışdan sonra alqışların müşayiəti ilə «Yalnız Fuad Muradovu dəstəkləyirik!», «Bir daha Muradov Fuad», «Bizim deputatımız sizsiniz!» şüarları səsləndi.



Seçki qərargahı
 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə