Modern.az

Prezidentin rəqsi internetdə sensasiyaya çevrildi - VİDEO

Prezidentin rəqsi internetdə sensasiyaya çevrildi - VİDEO

8 Oktyabr 2015, 14:18

Argentina prezidenti Kristina Fernandes de Kişrnerin mitinqlərdən birində çəkilən rəqs videosu internetdə böyük maraq doğurub. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, xanım prezident Buenos-Ayres qubernatoru olan və hakim partiyanın üzvü sayılan Daniel Stsiolinin prezidentliyə namizədlik kampaniyasını dəstəkləməyə gəlib.

Seçkiqabağı mitinqin sonunda partiyanın himni səsləndirilərkən Krisitna de Kirşner özünəməxsus tərzdə rəqs etməyə başlayıb.

Bir neçə dəqiqə davam edən rəqs internet məkanında böyük maraq doğurub.

Argentinada prezident seçkilərinin ilk turu oktyabrın 25-də keçiriləcək.



Vüqar İsmayılov
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir