Modern.az

“Məmməd Aslan öləndə böyük bir kitabxananı “yandırdı”"

“Məmməd Aslan öləndə böyük bir kitabxananı “yandırdı”"

8 Oktyabr 2015, 15:38


Mərhum şair Məmməd Aslanın ölümündən çox vaxt keçməsə də, sanki onun poeziyadakı özünəməxsus izi, dilimizi çox mükəmməl bilməsi şairin yoxluğunu hər an hiss etdirir. Tanınmış şairin dostları isə onun yoxluğu ilə barışa bilmirlər. Məmməd Aslanın uşaqlıq dostu, onunla eyni məktəbdə təhsil alan professor, Milli Məclisin sabiq komitə sədri Şahlar Əsgərov Modern.az saytına şairin yoxluğunun həqiqətən hiss olunduğunu və özündən sonra böyük boşluq buraxdığını qeyd edib:

“Məmməd Aslan çox dəyərli ziyalı idi. O həm də Azərbaycanın milli dəyərlərinin bilicisi idi. Biz bu saat həm milli, həm də bəşəri dəyərlərlə yaşayırıq.

Məmməd Aslan milli dəyərlərimizin  canlı ensiklopediyası, mənim də güvənc yerim idi. Azərbaycanın milli dəyər tarixi ilə, qədim soy-kökü ilə bağlı nə sualım olardısa, Məmməd Aslanla əlaqə saxlayardım və o suallara cavab tapardım.

İndi Məmməd Aslan yoxdur. Amma onun yerini kitabxanalar əvəz etməlidir. Yaxşı bir fikir var: “Əsil ziyalının ölümü böyük bir kitabxananın yanması deməkdir”. Məmməd Aslan da elə bil öz ölümü ilə nəhəng bir kitabxananı yandırdı.

Bundan başqa, Məmməd Aslan mənim yaşıdım idi. Eyni məktəbdə oxumuşduq, uşaqlığımız bir keçmişdi. Bakıya gələndən sonra da birlikdə çox günlər keçirmişik. O axır vaxtlar xəstə olanda tez-tez başqa dostlarla birlikdə baş çəkərdik. O xəstə olan vaxtlarında belə, o qədər enerjili, o qədər həyata bağlı birisi idi ki, onun ölümünə inanmadım”.

Elmin NURİ

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi