Modern.az

Dövlət Bağçalı həbs edilə bilər

Dövlət Bağçalı həbs edilə bilər

8 Oktyabr 2015, 15:44



Ankara Prokurorluğu Milliyyətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlət Bağçalının Cizre mahal seçki təşkilatının başçısını təhqir etməsi səbəbindən mühakimə olunmasını istəyib. Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, Bağçalının millət vəkili kimi toxunulmazlığının qaldırılması üçün iddia hazırlanıb.

Bağçalı MHP-nin mərkəzi qərargahında bayramlaşma mərasimində Cizre mahal seçki təşkilatının başçısı Hakim Eray Temizkanı ciddi tənqid edib.  

Bağçalının çıxışından sonra prokurorluq tərəfindən istintaq başladılıb. İstintaqın ardından iddia hazırlanaraq Bağçalının vəzifə başındakı bir hakimə təhqirdən mühakimə olunması istənilib.    

Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!