Modern.az

Şimali Koreya ABŞ-a nüvə zərbəsi endirə bilər – ŞOK EHTİMAL

Şimali Koreya ABŞ-a nüvə zərbəsi endirə bilər – ŞOK EHTİMAL

8 Oktyabr 2015, 15:53


ABŞ administrasiyası Şimali Koreya rəhbərliyinin mümkün müharibə zamanı bu ölkəyə nüvə zərbələri endirəcəyini istisna etmir.

Modern.az “Guardian” qəzetinə istinadən xəbər verir ki, ABŞ ordusunun admiralı Billi Qordni Şimali Koreyanın nüvə raketlərinə malik olduğunu deyib:

“Biz koreyalıların ehtimal münaqişə zamanı nüvə raketləri ilə zərbələr endirəcəyi ehtimalını inkar etmirik. Amma qeyd etməliyəm ki, Şimali Koreya lideri Kim Çen Inın addımlarını müəyyən etmək çətin olsa da, Amerika istənilən hücuma sərt cavab verəcək”.  

NATO-nun iclasında çıxış edən Qordni bu il Şimali Koreyanın nüvə başlıqlı ballistik raket hazırlama proqramının başa çatacağını da deyib.  

Onun sözlərinə görə, rəsmi Vaşinqton hava hücumundan müdafiə sistemini möhkəmləndirməyə və raket hücumlarından xəbər verəcək radarların yaradılmasını sürətləndirib.    

Vüqar İsmayılov  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir