Modern.az

Ucarda və Qubada ev yanıb

Ucarda və Qubada ev yanıb

8 Oktyabr 2015, 23:25

Ucar və Qubada yanğın hadisəsi qeydə alınıb. Modern. az Fövqəlada Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Məlikbalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan kürsülü, birmərtəbəli, 2 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 17:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli, kürsülü 3 otaq və aynabənddən ibarət evdə yanğın olub. Nəticədə evin aynabəndi, mətbəxin tavanı 16 kv.m sahədə və mətbəxdə olan mebellər 1 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Modern.az 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir