Qazaxstan ATƏT-in fəaliyyətdə olan sədri kimi Qarabağ probleminin həlli üçün fəal vasitəçilik fəaliyyəti göstərir. Modern.az “Kazaxstanskaya pravda” qəzetinə istinadən bildirir ki, bu barədə prezident Nursultan Nazarbayev Sankt-Peterburqda keçirilən “ATƏT və MDB-yeni perspektivlər” adlı beynəlxalq tədbirin iştirakçılarına ünvanladığı təbrikində deyib.
“Donmuş münaqişələr diqqətdən kənarda qalmır. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik səylərimizi əsirgəmirik”-deyə Nazarbayev qeyd edib.