Arxiv
16 Oktyabr 2009, 12:46 | ÖLKƏ
2010-cu il üzrə orta məktəblərdə sınaq və buraxılış imtahanlarının vaxtı məlum oldu

Modern.az 2009-2010-cu dərs ilində ümumtəhsil məktəblərinin əsas və orta təhsil pillələri üzrə mərkəzləşdirilmiş qaydada aparılacaq sınaq və buraxılış imtahanlarının vaxtını öyrənib. Təhsil Nazirliyinin Şəhərlər üzrə ümumtəhsil və məktəbəqədər tərbiyə şöbəsindən saytımıza bildirilib ki, sınaq imtahanları 2010-cu ilin 28 fevral - 4 aprel aralığında, buraxılış imtahanları isə iyunda keçiriləcək. Modern.az-ın məlumatına görə , təhsil naziri Misir Mərdanov əsas və orta təhsil kursu üzrə buraxılış imtahanlarının aparılması barədə əmr imzalayıb. Əmrə əsasən, 2009-2010-cu dərs ilində respublikanın bütün ümumtəhsil məktəblərində (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərində, ötən dərs illərində buraxılış imtahanlarından qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən əsas və orta təhsil kursunu bitirməyən və eksternat qaydasında imtahan vermək üçün müraciət edən şəxslər də əhatə olunmaqla, əsas və orta təhsil kursları üzrə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılacaq. ümumtəhsil məktəblərində əsas və orta təhsil kursları üzrə sınaq (yoxlama) imtahanları 2010-cu ilin 28 fevral - 4 aprel, peşə liseylərində orta təhsil kursu üzrə yoxlama imtahanı isə 2010-cu ilin 21 fevral tarixlərində keçiriləcək. Orta təhsil kursu üzrə sınaq imtahanları Orta təhsil kursu üzrə yoxlama imtahanlarının yeri və vaxtı belə müəyyənləşdirilib: 27 fevral 2010-cu il tarixdə - Bakı və Sumqayıt şəhərlərində; 13 mart 2010-cu il tarixdə - Şirvan şəhəri, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab rayonlarında; 27 mart 2010-cu il tarixdə -  Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarında 3 aprel 2010-cu il tarixdə - Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Şamaxı, Zaqatala, və Qobustan rayonlarında; 27 mart 2010-cu il tarixdə - Ağdam və Füzuli rayonlarının işğal olunmamış ərazilərində yerləşən ümumtəhsil məktəblərində. Həmin rayonların işğal altında olan ərazilərində yerləşən və digər məcburi köçkün rayonlarının ümumtəhsil məktəblərində yoxlama imtahanı məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə keçiriləcək. Əsas təhsil kursu üzrə yoxlama imtahanları Təhsil nazirinin əmrinə əsasən, əsas təhsil kursu üzrə yoxlama imtahanları aşağıdakı şəhər və rayonlarda göstərilən tarixlərdə keçiriləcək: 28 fevral 2010-cu il tarixdə - Bakı və Sumqayıt şəhərlərində; 14 mart 2010-cu il tarixdə - Şirvan şəhəri, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab rayonlarında; 28 mart 2010-cu il tarixdə - Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarında; 4 aprel 2010-cu il tarixdə - Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Şamaxı, Zaqatala və Qobustan rayonlarında; 28 mart 2010-cu il tarixdə - Ağdam və Füzuli rayonlarının işğal olunmamış ərazilərində yerləşən ümumtəhsil məktəblərində. Həmin rayonların işğal altında olan ərazilərində yerləşən və digər məcburi köçkün rayonlarının ümumtəhsil məktəblərində yoxlama imtahanları məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə keçiriləcək. Nazirlikdən bildirilib ki, yoxlama imtahanının nəticələri keçirildiyi tarixdə sinif jurnallarına yazılacaq və şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri yoxlama imtahan nəticələri nəzərə alınmaqla çıxarılacaq. Orta təhsil kursu üzrə buraxılış imtahanları Təhsil Nazirliyindən verilən məlumata görə, orta təhsil kursu üzrə buraxılış imtahanları peşə liseylərində 2010-cu ilin aprel, ümumtəhsil məktəblərində 2010-cu ilin iyun aylarında keçiriləcək. Buraxılış imtahanları ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən keçiriləcək. Ümumtəhsil məktəblərində orta təhsil kursu üzrə buraxılış imtahanlarının yeri və vaxtı belə müəyyənləşdirilib: 3 iyun 2010-cu il tarixdə - Şirvan şəhəri, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab rayonlarında; 7 iyun 2010-cu il tarixdə - Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarında; 11 iyun 2010-cu il tarixdə - Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Şamaxı, Zaqatala, və Qobustan rayonlarında; 16 iyun 2010-cu il tarixdə - Bakı və Sumqayıt şəhərlərində; 7 iyun 2010-cu il tarixdə - Ağdam və Füzuli rayonlarının işğal olunmamış ərazilərində yerləşən ümumtəhsil məktəblərində.. Həmin rayonların işğal altında olan ərazilərində yerləşən və digər məcburi köçkün rayonlarının ümumtəhsil məktəblərində buraxılış imtahanları məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə keçiriləcək. Peşə liseylərində orta təhsil kursu üzrə buraxılış imtahanları 2010-cu ilin 25 aprel tarixində keçiriləcək. Əsas təhsil kursu üzrə buraxılış imtahanları Təhsil nazirinin əmrınə əsasən, əsas təhsil kursu üzrə buraxılış imtahanları ümumtəhsil məktəblərində və peşə liseylərində 2010-cu ilin iyun ayında ana dili və riyaziyyat fənlərindən keçiriləcək. Əsas təhsil kursu üzrə buraxılış imtahanlarının yeri və vaxtı  aşağıdakı kimi müəyyənləşdirilib: 4 iyun 2010-cu il tarixdə - Şirvan şəhəri, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab rayonlarında; 8 iyun 2010-cu il tarixdə - Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarında; 12 iyun 2010-cu il tarixdə - Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Şamaxı, Zaqatala və Qobustan rayonlarında; 14 iyun 2010-cu il tarixdə -  Bakı və Sumqayıt şəhərlərində; 8 iyun 2010-cu il tarixdə -  Ağdam və Füzuli rayonlarının işğal olunmamış ərazilərində yerləşən ümumtəhsil məktəblərində. Həmin rayonların işğal altında olan ərazilərində yerləşən və digər məcburi köçkün rayonlarının ümumtəhsil məktəblərində buraxılış imtahanları məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə keçiriləcək. Əsas və orta təhsil kursları üzrə təkrar imtahanlar da müvafiq şəhər və rayonlarda  göstərilən tarixlərdə keçiriləcək. Əsas və orta təhsil kursları üzrə eksternat imtahanları 2010-cu ilin 23 iyun tarixində Bakı şəhərində keçiriləcək. Yekun qiymət necə hesablanacaq?   Təhsil Nazirliyindən bildirilib ki, şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanının qiymətləri əsasında hesablanacaq. Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanının qiymətləri əsasında hesablanacaq. Buraxılış imtahanlarının keçirilməsi ilə əlaqədar peşə liseyləri və ümumtəhsil məktəblərinin şagirdləri, müəllim və valideynləri arasında gələn ayın sonunadək təlimati işlər aparılacaq. Misir Mərdanovun göstərişi ilə məktəb direktorları buraxılış sinif şagirdlərinin yoxlama və buraxılış imtahanlarında iştirakını təmin etməlidirlər. Adəm

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Lənkəranda meşədə itkin düşən 6 yaşlı uşaq tapıldı 24 Oktyabr 2019, 00:44 Bakıda 60 yaşlı kişi kafedə döyülüb 24 Oktyabr 2019, 00:18 Qazaxda ağır qəza: ata və qızı yaralandı 24 Oktyabr 2019, 00:02 Mətbuat konfransına silahlı basqın edildi - VİDEO 23 Oktyabr 2019, 23:46 Yeni XİN rəhbəri təyin olundu 23 Oktyabr 2019, 23:30 NATO-dan çağırış: Ukraynaya hərbi yardımı artırın 23 Oktyabr 2019, 23:14 Azərbaycan-CAR münasibətləri müzakirə edilib 23 Oktyabr 2019, 22:59 Prezident Qarabağ qazisinə ev verdi 23 Oktyabr 2019, 22:47 Gürcü nazir azərbaycanlı gənclərlə görüşüb 23 Oktyabr 2019, 22:31 Rusiya bu ölkələrə 4 milyard dollarlıq silah satıb 23 Oktyabr 2019, 22:14 BMT Baş Assambleyasının prezidenti Bakıda 23 Oktyabr 2019, 21:59 “Son matça qədər mübarizə gedəcək” - Qurban Qurbanov 23 Oktyabr 2019, 21:46 Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi 23 Oktyabr 2019, 21:32 “Bir qalanın sirri” surdo-tərcümə vasitəsilə nümayiş olunub - FOTO 23 Oktyabr 2019, 21:26 Tovuzdakı ağır QƏZAda ölənlərin sayı artdı - YENİLƏNİB 23 Oktyabr 2019, 21:14 Elmar Məmmədyarov İraqla əməkdaşlığı müzakirə etdi 23 Oktyabr 2019, 20:59 “Avropa İttifaqının tələsik bəyanatı həqiqəti əks etdirmir” - PA rəsmisi 23 Oktyabr 2019, 20:45 Trampdan Türkiyəyə dəstək: sanksiyalar ləğv edildi 23 Oktyabr 2019, 20:29 Ölkə başçısı Ramiz Mehdiyevi qəbul etdi: “Yaşınız 80-ni keçib.., biz gərək gəncləri irəli çəkək” - YENİLƏNİB 23 Oktyabr 2019, 20:20 “Qarabağ”ın  rəqibi Bakıda qələbəyə iddialıdır 23 Oktyabr 2019, 20:01 Bakı-Şamaxı yolunda "Mersedes" aşdı: xəsarət alanlar var 23 Oktyabr 2019, 19:59 İsmayıllıdakı qəzada xəsarət alan gənclərdən biri vəfat edib 23 Oktyabr 2019, 19:54 "Azərbaycan BƏƏ vətəndaşları üçün mühüm turizm məkanlarından birinə çevrilib" 23 Oktyabr 2019, 19:42 İlham Əliyev İranın Xarici İşlər nazirini qəbul edib 23 Oktyabr 2019, 19:36 Azərbaycan XİN: “Fələstin xalqının yanındayıq” 23 Oktyabr 2019, 19:29 Elmar Məmmədyarov BƏƏ-nin Dövlət nazirinə medal verdi 23 Oktyabr 2019, 19:18 Sumqayıtdakı iy-qoxunun səbəbi bilindi 23 Oktyabr 2019, 19:06 Fuad Muradov Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşdü 23 Oktyabr 2019, 18:49 Mirqafar Seyidov əməliyyat müşavirəsi keçirdi 23 Oktyabr 2019, 18:32 Məmmədyarov Əfqanıstanın milli təhlükəsizlik müşaviri ilə görüşdü 23 Oktyabr 2019, 18:28 Məktəblərdə “Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti” mövzusu müzakirə olunur 23 Oktyabr 2019, 18:17 İsveçdə yaşayan soydaşımız səhiyyə komitəsinə üzvü seçilib 23 Oktyabr 2019, 17:55 Azərbaycanda bu nazirliklərin ləğv olunması təklif edildi 23 Oktyabr 2019, 17:51 “Nar” “Canlı kitab” sosial layihəsinə başlayıb 23 Oktyabr 2019, 17:43 İlham Əliyev Mikayıl Cabbarova tapşırıqlar verdi: Bu, çox məsuliyyətli vəzifədir” - YENİLƏNİB 23 Oktyabr 2019, 17:42