Modern.az

Ukrayna ordusunda 14 mindən çox qadın xidmət edir

Ukrayna ordusunda 14 mindən çox qadın xidmət edir

9 Oktyabr 2015, 13:06


Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçı qüvvələrə qarşı terror əleyhinə əməliyyatlarda 938 qadın hərbçi iştirak edib. Modern.az xarici mediaya istinadən bildirir ki, bu haqda Ukrayna Müdafiə Nazirliyinin kommunikasiya və media idarəsinin rəisi Oksana Qavrilyuk Kiyevdə keçirilən brifinqdə açıqlama verib.

Onun sözlərinə görə, indi Ukrayna silahlı qüvvələrində 14,5 minə yaxın hərbçi qadın xidmət edir, silahlı qüvvələrdəki qadın işçilərin sayı isə 30,5 min nəfərdir. Onların faktiki 2 mini zabitdir və 35 qadın hərbçi yüksək vəzifədədir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir