Modern.az

Rusiya Suriyada 60 hədəfi bombaladı-300 terrorçu öldürüldü

Rusiya Suriyada 60 hədəfi bombaladı-300 terrorçu öldürüldü

9 Oktyabr 2015, 20:23

Rusiya Müdafiə Nazirliyi son  24 saat ərzində Rus hərbi təyyarələrinin Suriya üzərindən 67 uçuş həyata keçirdiyini və 60 hədəfi vurduğunu bildirib. Modern.az xarici mətbuata istinadən bildirir ki, İŞİD-ə aid hədəflərin vurulduğunu açıqlayan nazirlik əməliyyatların SU-34M və SU-25SM təyyarələri tərəfindən reallaşdırıldığını açıqlayıb.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasında Liva əl-Hak mərkəzinə hazırlanan əməliyyatlarda  200 terrorçu ilə yanaşı İŞİD-in iki  liderinin də öldürüldüyü bildirilir. Digər tərəfdən Hələb bölgəsinə  hücumda isə daha 100 terrorçunun öldürüldüyü bəyan edilib.

Modern.az

 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi