Modern.az

Rusiyadan Türkiyəyə təklif

 Rusiyadan Türkiyəyə təklif

Dünya

9 Oktyabr 2015, 22:51

Moskva Ankaraya bərabərhüquqlu sülh təklifi göndərib.

Modern.az  Axar.az xəbər verir ki, iki ölkə arasında artan gərginlik sonrası Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko Türkiyənin Rusiyanın düşməni olmadığını bildirib.

"Biz Türkiyəni təhdid olaraq görmürük. Bizim Türkiyəyə qarşı hərbi baxımdan ən kiçik pis bir niyyətimiz yoxdur. Son günlər baş verən sərhəd pozuntusu lazımsız şəkildə siyasiləşdirilib", - Qruşko vurğulayıb.

Rusiyanın Avropa İttifaqındakı nümayəndəsi Vladimir Çijov isə Türkiyənin Rusiyanın dostu olduğunu, həmçinin iki ölkə arasında çoxtərəfli əməkdaşlıq əlaqələrinin hökm sürdüyünü qeyd edib.

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!