”AXCP-Müsavat” blokundan 29 saylı Səbail seçki dairəsindən deputatlığa nəmizəd Həsən Kərimov İTV-nin efirində yayımlanan teledebatda ona ayrılan vaxtın kəsildiyi barədə mətbuata açıqlama verib. İctimai Teleradionun İnformasiya və analitik proqramlar departamentinin direktoru və debatın moderatoru Anar Yusifoğlu isə bunun həqiqət olmadığını bildirib: “Həsən
Kərimov yalan danışır. Namizəd İctimai Televiziyanın onun üçün ayırdığı pulsuz efir vaxtından tam istifadə edib. Bu diqqəti özünə cəlb etmək üçün televiziyamızın adından və nüfuzundan yararlanmaq istəyən namizədin şousudur”.
Qeyd edək ki, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitu və Media Azadlığı İnstitunun birgə keçirdiyi monitorinqin nəticələri açıqlanarkən İTV-yə irad tutulub və H.Kərimovun vaxtından 18 saniyə kəsildiyi bildirilib.
A.Yusifoğli isə deyib ki, H.Kərimov teledebatdakı çıxışını dörd hissəyə bölüb: “Bu dörd rəqəmi toplamaq belə çətin işdir? 51 san, 1.39 san, 1.15 san və 16 saniyə. H.Kərimov düz 4 dəqiqə 1 saniyə danışıb. Görünür RATİ-nin əməkdaşları da riyaziyyatı Həsən Kərimov kimi bilirlər”.
A.Yusifoğlunun sözlərinə görə, monitorinqin nəticələri ilə bağlı dəyirmi masada iştirak edən İctimai Teleradionun təmsilçisi Tahir Məmmədovun çıxışı bəzi mətbu orqanlarda təhrif edilib: “Bəzi qəzetlər Tahir Məmmədovun cavabını təhrif ediblər. Mən özüm tədbirin videolentini izləmişəm. T.Məmmədov deyir ki, belə hal baş veməsi mümkün deyil, olsa belə, bu texniki səhv ola bilər. Yeri gəlmişkən, hesabatda başqa səhvlər də var. Məsələn seçki ilə bağlı biz bütün blokların toplantısını işıqlandırmışıq, təkcə Yeni Azərbaycan Partiyasından başqa. 13 oktyabrda Əli Əhmədovun keçirdiyi mətbuat konfransını başqa televiziyaları
deyə bilmərəm, amma !-ci kanal işıqlandırmayıb. Hesabatda isə bu, əksinə yazılıb. Yaxşı olardı ki, bu səhvimiz bizə irad tutulardı”.
A.Yusifoğlunun sözlərinə görə, Həsən Kərimovun mətbuata müsahibəsində İsmayıl Ömərovun onun çıxışından narahat olmasına işarə etməsi gülünc söhbətdir: ”Yəqin Həsən Kərimov dəyirmi masanın əvvəlində yayımlanan elanı gözən
qaçırıb ki, səslənən fikirlərə görə İctimai Televiziya məsuliyyət daşımır”.
Modern.az