Modern.az

Suriya müxalifəti kürdlərlə ittifaq bağladı

Suriya müxalifəti kürdlərlə ittifaq bağladı

Dünya

12 Oktyabr 2015, 22:32

Suriya müxalifəti ilə kürdlər İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasına qarşı birgə mübarizə aparmaq üçün ittifaq bağlayıblar.Modern.az xarici mediaya istinadən bildirir ki, alyansa “Suriyanın demokratik qüvvələri adı verilib.

Bu birliyə Kürdlərin özünümüdafiə bölmələri (YPG), xristian-asuriyalıları qüvvələri, eləcə də Suriya ərəb koalisiyası – Suriya müxalifətinin birləşmiş birlikləri (ABŞ tərəfindən dəstəklənir) daxil olublar. Yaxın zamanlarda islamçıların faktiki paytaxtı sayılan Rakkaya hücum başlanması gözlənilir. Bu əməliyyatları ərəb birlikləri aparacaq, kürdlər isə müdafiəni qoruyacaqlar.   

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!