Modern.az

Meri daşqalaq edib öldürdülər

Meri daşqalaq edib öldürdülər

13 Oktyabr 2015, 09:38

Qvatemalanın qərbindəki Konsepson şəhərində kütlə siyasi opponentlərinə qarşı sui-qəsddə ittiham edərək daşqalaq ediblər. Modern.az xarici mediaya istinadən bildirir ki, Basilio Xurakan döyülüb yandırıldıqdan sonra ölüb. Hadisə yerinə gələn polislər siyasətçini xilas edə bilməyiblər.

Oktyabrın 11-də merin ailəsi ilə birlikdə getdiyi avtomobilin yolunu digər avtomobil kəsərək naməlum şəxslər siyasətçiyə atəş açıblar.

Nəticədə 17 yaşlı qızı və Xurakanın bacısı qızı ölüblər, şəhərin rəisi özü ilə birgə 4 qohumu isə yaralanıblar. Bundan sonra merə kütlə hücum edib.

Qətliamda iştirak edən yerli sakinlər siyasətçini Lorentso Sekekaya hücumda ittiham ediblər. Ötən ay Xurakan mer seçkilərində qalib gəlib. Sekek onu saxtalaşdırmada günahlandıraraq korrupsiya ilə bağlı araşdırma başlanmasını tələb edib.

Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir