Modern.az

İran parlamenti tarixi nüvə razılaşmasını təsdiq etdi

İran parlamenti tarixi nüvə razılaşmasını təsdiq etdi

13 Oktyabr 2015, 11:14


İran parlamenti “altılıq” ölkələri (BMT Təhlükəsizlik Şurasılnın 5 daimi üzvü + Almaniya) ilə imzalanan nüvə razılaşmasının icra olunması barədə qanun layihəsini təsdiq edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qanun layihəsi bundan sonra təsdiq olunması üçün ölkənin prezidenti Həsən Ruhani və ali dini lider ayətullah Əli Xamneyiyə təqdim olunacaq.

Bundan 1 gün öncə isə İran parlamenti nüvə razılaşmasının ümumi müddəalarını ratifikasiya edib. Qanun təsdiq olunduqdan sonra yanvar ayında rəsmi Tehran Qərbin tətbiq etdiyi iqtisadi sanksiyalardan tam azad olacaq.

İran və “altılıq” ölkələri iyulun 14-ü uzun sürən danışıqlardan sonra tarixi razılaşma əldə etmişdilər.    

Vüqar İsmayılov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi