Modern.az

Kürd mücahidləri İŞİD-in paytaxtını ələ keçirməyə hazırlaşır

Kürd mücahidləri İŞİD-in paytaxtını ələ keçirməyə hazırlaşır

Dünya

13 Oktyabr 2015, 12:14



Suriyanın şimalında kürd əhalisinin müdafiəsi ilə məşğul olan “Xalq Özünümüdafiə Dəstələri” (YPG) qruplaşması son günlər ağır itkilər verən İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının paytaxtı olan Ər-Rakka şəhərini azad etməyə hazırlaşırlar. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə YPG-nin rəhbəri Sipan Hamo açıqlama verib.

ABŞ komandanlığı ilə müntəzəm əlaqədə olduqlarını deyən qruplaşma lideri yaxın həftələr ərzində koalisiya qüvvələrinin hava dəstəyi ilə hücuma keçəcəklərini deyib.

2011-ci ilin martında Suriyada başlayan vətəndaşı qarşıdurması qısa müddətdə radikal dini qruplaşmaların da iştirak etdiyi vətəndaş müharibəsinə çevrildi. BMT-nin son məlumatlarına görə, bu qarşıdurmalarda azı 250 min insan həlak olub.

Vüqar İsmayılov   

  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi