Modern.az

Türkiyə Ordusu 10 terrorçunu məhv edib

Türkiyə Ordusu 10 terrorçunu məhv edib

13 Oktyabr 2015, 23:32


Son günlər aparılan əməliyyatlarda PKK-nın10 terrorçusu zərərsizləşdirilib, rabitə sistemi sıradan çıxarılıb. Modern.az xarici mediaya istinadən bildirir ki, Türkiyə Silahlı Qüvvələri Hakkari vilayətinin Şəmdinli şəhərindəki Aktütün Hüdud Tabor Komandanlığına PKK-nın 3 istiqamətdən hücumunun qarşısını alıb. Xəbəri Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı da təsdiqləyib.

Qurum bildirilir ki, kəşfiyyat məlumatları əsasında keçirilən əməliyyat zamanı terrorçuların ciddi rabitə problemləri yaşadığı da bəlli olub. Bu səbəbdən hətta  terrorçuların böyük canlı qüvvə itirdiyi xəbərləri yayılıb.

Modern.az  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır