Modern.az

Donbasda “Boeing”in vurulması ilə əlaqəli olan şəxslər müəyyənləşib

 Donbasda “Boeing”in vurulması ilə əlaqəli olan şəxslər müəyyənləşib

14 Oktyabr 2015, 00:12

2014-cü ildə “Boeing” sərnişin təyyarəsinin Ukraynanın şərqində vurulmasını araşdıran Niderlandın Təhlükəsizlik Şurası və müstəntiqlərdən ibarət beynəlxalq komanda təyyarənin vurulması ilə əlaqəli olan şəxslərin kimliyini müəyyənləşdirib. Modern.az APA-ya istinadən bildirir ki, istintaq şübhəlilərin adlarını mətbuata açıqlamayıb.  

Qeyd edək ki,  Niderlandın Təhlükəsizlik Şurası bundan əvvəl 2014-cü ildə Malayziyanın “Boeing” sərnişin təyyarəsinin Ukraynanın şərqində vurulması ilə bağlı beynəlxalq istintaqın nəticələrinə dair məruzəni dərc edib.

 Xatırladaq ki, 2014-cü  ilin iyulun 17-də Amsterdam-Kuala Lumpur marşrutu üzrə uçan “Malaysia Airlines” aviaşirkətinin “Boeing 777” tipli sərnişin təyyarəsi Donetsk vilayətinin şərqində vurulması nəticəsində 298 nəfər ölüb.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir