Modern.az

Məkkədən ittihamçı ölkələrə cavab

Məkkədən ittihamçı ölkələrə cavab

14 Oktyabr 2015, 00:53

“Məkkəni siyasi bir paytaxta çevirmək istəyirlər. Siyasi oyunlar oynamaq üçün insanların kədərlərindən istifadə etmək lazım deyil”.

Modern.az ans press-ə istinadən bildirir ki, bu sözləri Məkkə əmiri şahzadə Türki əl Faysal həcc mərasiminin təşkilində digər dövlətlərin iştirakı məsələsinə münasibət bildirərkən deyib. 

Türki əl Faysal Səudi bildirib ki, Həccin təşkilində digər dövlətlər iştirak edə bilməzlər. Bu il Həcdə ard-arda baş verən faciələrdən sonra mərasimin təşkilində Səudiyyə Ərəbistanının Həcc Nazirliyi ilə yanaşı digər ölkələrində təşkilatçılıq etməsi məsələsi gündəmə gəlmişdi. Bir çox dövlətlər həcc mərasimlərinin onlara verilməsi üçün Səudiyyə Ərəbistanına müraciət etdilər. Bununla bağlı, xüsusən, İran və Türkiyə çıxış edib. Belə ki, prezident Ərdoğan məsələyə nöqtə qoyanadək Türkiyənin İranla həmfikir olduğunu deyib. 

Bəzi ölkələr isə faciələrin baş verməsində Kral ailəsini günahlandırdılar. Kral ailəsini ən çox tənqid edən ölkələr arasında İranla yanaşı, Pakistan , Nigeriya və İndoneziya da var. Onlar da təhlükəsizlik baxımından Səudiyyə Ərəbistanının heç bir tədbir görməməsindən şikayətçidirlər. Xatırladaq ki, builki Həcc mövsümü zamanı Məkkə şəhərindəki Məscidi Həramda kranın aşması nəticəsində 100 dən çox zəvvar dünyasını dəyişdi. Digər böyük insan təlafatı ilə nəticələnən hadisə isə Mina dağındakı izdiham zamanı baş verdi. Hadisə nəticəsində 700 nəfərdən çox zəvvar hayatını itirdi.  

  Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi