Modern.az

Boran Əzizin kitabı İngiltərədə təqdim olundu

Boran Əzizin kitabı İngiltərədə təqdim olundu

Ədəbi̇yyat

14 Oktyabr 2015, 09:54


Bu ilin yayında tanınmış tarixçi-alim Boran Əzizin ermənilər tərəfindən törədilən soyqırımlarının tarixini əks etdirən yeni əsəri Almaniyada yerləşən "Sadig Verlag" nəşriyyatı tərəfindən "Turkish Massacre realized by the Armenians in Azerbaijan in XX Century (1918-1992)" adı altında ingilis dilində nəşr edilmişdi.
Almaniyanın Bochum şəhərində yerləşən "Deutsch-Aserbaidschanische Gesellschaft für Kulturaustausch" adlı Alman-Azərbaycan mədəni əlaqələr cəmiyyətinin sədri, yazıçı Rasim Sadıxovun verdiyi məlumata görə, həmin cəmiyyətin dəstəyi ilə Boran müəllimin kitabının təqdimatı oktyabr ayının 5-də İngiltərənin Yorkşir vilayətinin Leeds şəhərində keçirilib. Əsasən Güney Azərbaycanlı soydaşlarımızdan təşkil olunmuş təqdimat mərasimində Boran Əzizin kitabı böyük ruh yüksəkliyi ilə qarşılanıb. Bu barədə cəmiyyətin rəhbərliyinə kitabın təqdimatını təşkil etmiş həmvətənimiz Əli Türkəmani xəbər verib.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır