Modern.az

Nemtsovun qətlinin təşkilatçıları açıqlandı

Nemtsovun qətlinin təşkilatçıları açıqlandı

Dünya

14 Oktyabr 2015, 12:51

Rusiyanın tanınmış müxalif siyasətçisi Boris Nemtsovun qızının vəkili Vadim Proxorovun fikrincə, istintaq onun qətlinin təşkilatçılığına görə “Şimal” batalyonunun zabitləri Ruslan Qeremeev və Ruslan Muxudinovdan şübhələnir. Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, vəkil hesab edir ki, indi ən vacib məsələ onlara qiyabi ittiham elan etmək və axtarışa başlamaqdır.

Vəkil ümid edir ki, istintaq Nemtosun qətlinin həm təşkilatçılarının, həm də sifarişçilərinin kimlər olduğunu dəqiq müəyyənləşdirəcək.

Boris Nemtsov bu il fevralın 27-də gecə saatlarında Moskvanın mərkəzində qətlə yetirilib.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır