Modern.az

İTV-nin “bazarı”: Milli Məclisin sədri, Avtomobil Zavodunun direktoru, qaz mühəndisləri, laboratoriya müdiri, Arzu Səmədbəyli....

İTV-nin “bazarı”: Milli Məclisin sədri, Avtomobil Zavodunun direktoru, qaz mühəndisləri, laboratoriya müdiri, Arzu Səmədbəyli....

31 Oktyabr 2010, 10:08


Modern.az
xəbər verir ki, İctimai Televiziyanın bu günkü canlı debatına 39 saylı Kəpəz birinci (Gəncə), 64 saylı Sabirabad ikinci, 68 saylı Cəlilabad kənd, 99 saylı Şəmkir kənd, 122 saylı Xankəndi və 8 saylı Binəqədi birinci seçki dairəsinin deputatlığa namizədləri qatılacaq.

İlk olaraq efirə 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsinin namizədləri çıxacaqlar. Efirdə AMİP-in yeni sədri, Milli Məclisin isə köhnə deputatı Yüsif Bağırzadə, YAP-ın vahid namizədi, Gəncə Avtomobil Zavodunun direktoru Xanlar Fətiyev, mexnikləşdirmə dəstəsinin rəhbəri Əli Hüseynov, daha bir keçmiş kommunist deputat Rauf Qurbanov və “İnsan Naminə” blokundan Mayıl Vəliyev olacaq.

Gəncəlilərdən sonra ekranda 64 saylı Sabirabad ikinci seçki dairəsi üzrə namizədlər çıxış edəcək. VHP-dən olan Samir Əsədli, AZTU-nun dosenti Vahid Həsənov, YAP-ın vahid namizədi, deputat Rüstəm Xəlilov və sahə həkimi Ənvər Lümənov seçicilərinə ürək sözlərini deyəcəklər.  

68 saylı Cəlilabad seçki dairəsinin namizədləri də tam heyətlə bu gün efirdə olacaq. Bu dairəni kənd icra nümayəndəsinin müavini işləyən bitərəf Fikrət Əhmədov, orta məktəbdə dərs deyən Zaur Əsgərov, dairəni artıq Milli Məclisdə 3 dəfə təmsil etmiş, qismət olarsa dördüncü dəfə təmsil etmək istəyən Mirkazım Kazımov, “Qarabağ” blokunun işsiz namizədi Habil Qasımov və həkim İbrahim Quliyev təmsil edəcək.

Daha sonra İTV-nin debat stolunun arxasında 99 saylı Şəmkir kənd dairəsinin namizədləri oturacaq. Bunlar Qaz istisamr sahəsinin iki mühəndisi - Natiq Hüseynov və Zaur İsmayılov, bitərəf Elşən Yusifov və YAP namizədi, millət vəkili Məlahət İbrahimqızı olacaq.   

Növbəti debat zamanı efiri ağır bir dairənin namizədləri tutacaq. 122 saylı Xankəndi seçki dairəsinin... Hələki bizim əlimizdə olmayan bu dairənin namizədləri 5 nəfərdir. Onlardan iksi işsizdir - Vaqif Allahverdiyev və Möhübbət Əhmədov.  Onlarla bir yerdə publisist-jurnalist Nuridə Əliyeva, təqaüdçü Flora Qasımova və dispanserin labratoriya müdiri Xatirə Vəliyeva danışıcaqlar.

Nəhayət, ən maraqlı və “favorit” dairə olan 8 saylı Binəqədi birinci seçki dairəsinin təmsilçiləri İTV-yə çıxacaq. Bu dairədən Milli Məclisin sədri Oktay Əsədovun namizədliyi qeydə alınıb. Onunla bərabər 5 nəfər də efirdən seçki platformalarını elan etməlidirlər. Spikerin ən ciddi rəqibi bu dairənin deputatı olan Müsavatçı namizəd Arzu Səmədbəyli sayılır. Bundan başqa, AMİP Mərkəzi Şurasının sədr müavini İradə Adıgözəlova,  “AVTO-QARANT” ASC-nin sədri Bəyəli Hacıyev, dosent Vaqif İsrafilov  da debatda olacaq.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır