Modern.az

Qadın kamiqadze İstanbulda partlayış törədib, yaralılar var

Qadın kamiqadze İstanbulda partlayış törədib, yaralılar var

31 Oktyabr 2010, 16:33

Türkiyənin İstanbul şəhərində, Taksim meydanındakı “İstiqlaliyyət” abidəsinin qarşısında naməlum qadın kamikadze tərəfindən partlayış törədilib. Taksim meydanı İstanbulun ən izdihamlı hissələrindən biridir.

 

Türk mətbuatı xəbər verir ki, partlayışın hədəfi polis bölməsi olub. 

 

 

Partlayışı Əl-Qaidə və ya kürd separatçı PKK qruplaşmasının üzvü olan qadın kamikadze təırəfindən törədildiyi ehtimal olunur. 
Hadisə nəticəsində 25-dək adamın yaralandığı xəbər verilir. Onların yarısı polislərdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir