Modern.az

Merkelin Türkiyə səfəri Almaniya Bundestagını ikiyə böldü

Merkelin Türkiyə səfəri Almaniya Bundestagını ikiyə böldü

15 Oktyabr 2015, 10:32


Almaniya kansleri Angela Merkelin Türkiyəyə gözlənilən səfəri bu ölkənin Federal Məclisində (Bundestag) müzakirəyə çıxarılıb.

Modern.az saytı xəbər verir ki, PKK-nın siyasi qanadı olan Xalqların Demokratik Partiyasının (HDP) mövqeyini dəstəkləyən Yaşıllar Partiyası və Sol Partiya Merkelin səfərinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sərf edəcəyini əsas gətirərək buna etiraz edib.  

Lakin hakimiyyətdə olan Xristian-Demokratik Birlik Partiyası ilə yanaşı, Sosial Demokrat Partiyasının millət vəkilləri isə kanslerin səfərini müsbət qarşılayıb.

Xristian-demokratların millət vəkili Andreas Nik bildirib ki, Türkiyə Almaniya üçün önəmli bir vacib strateji partnyordur.   Partiyanın Bundestagda təmsil olunan digər üzvü Hans Peter Uhl isə qeyd edib ki, Türkiyə region üçün əhəmiyyətli ölkədir.   Sosial-demokratların millət vəkili Niels Annenin sözlərinə görə Türkiyə Almaniya üçün sıradan bir müttəfiq sayıla bilməz.  

Qeyd edək ki, Angela Merkel 18 oktyabrda Türkiyəyə səfər edəcək.

Onun İstanbulda prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşü gözlənilir.  

Aqşin Kərimov

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir