Modern.az

Rusiya və İran Suriyada quru əməliyyatına başladı

 Rusiya və İran Suriyada quru əməliyyatına başladı

15 Oktyabr 2015, 22:37

Suriya ordusu Dəməşq və Hələb arasındakı ən böyük yaşayış məskəni olan Hums şəhərinin şimalında, müxalif qüvvələrin yerləşdiyi ərazilərə geniş bir hərəkat başladıb. Modern.az xarici mediaya istinadən bildirir ki, hərəkata Rusiya döyüş təyyarələrinin də havada dəstəyi verdiyi iddia edilir. Müxaliflər isə rejimin çox sayda mülki vətəndaşı öldürdüyünü deyir.

Suriya dövlət televiziyası, günün ilk saatlarında başlanılan əməliyyatda əvvəl artilleriya birlikləri hava qüvvələrinin Humusun şimalını hədəf aldıqlarını, sonra da quru qüvvələrin bölgəyə irəliləyişinin başladığını bildirib. 

Müxalif qruplardan bir döyüşçü İngiltərənin “Reuters” xəbər agentliyinə deyib: “Humus ətrafına çox şiddətli hava zərbələri endirilir. Çox sayda mülki vətəndaş ölüb. İntensiv təzyiq qurub bölgəni sürətlə ələ keçirməyə çalışırlar”.

Yerüstü əməliyyatlarda Suriya ordusuna İran İnqilab Mühafizəçilərinin istiqamətləndirdiyi Livanın “Hizbullah” təşkilatının yaraqlıları da dəstək verir. İnqilab Mühafizəçiləri Komandanı Qasım Süleymaninin də hərəkatı idarə edənlər arasında olduğu iddia edilir.“Reuters”ə məlumat verən Suriya rəsmisi, İran dəstəkli Suriya ordusunun əsas hədəfinin Hələb olduğunu deyib.

Paytaxt Dəməşq və Hələb arasında olan Hums şəhəri, Suriyanın qərbində Bəşər Əsədin təsirli olduğu sahələri də bir-birinə bağlayır. Ancaq yay aylarında başda “Əl-Nusra” cəbhəsi rəhbərliyindəki Fəth ordusunun irəliləyişi üçün Suriya ordusu bölgədə bəzi yaşayış yerlərindən geri çəkilmək məcburiyyətində qalmışdı.

Humusun şimalındakı qəsəbələri almaqla Suriya ordusunun fəaliyyət sahələri arasındakı əlaqəni yenidən quracağı bildirilir.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir