Modern.az

Kəlbəcərli şair: “Məmməd Aslanın qiymətini vermədilər” - MÜSAHİBƏ

Kəlbəcərli şair: “Məmməd Aslanın qiymətini vermədilər” - MÜSAHİBƏ

16 Oktyabr 2015, 09:59

Noyabrın 2-də mərhum şair Məmməd Aslanın qırx mərasimi keçiriləcək. Sentyabrın 23-də 74 yaşında dünyasını dəyişən şair haqqında onun yaxın dostu və qohumu Hidayət Elvüsal Modern.az  saytına verdiyi müsahibədə M.Aslanın ölümündən sonra böyük boşluğun göründüyünü qeyd edir:

-Məmməd Aslanın yoxluğu nə dərəcədə hiss olunur?

-Məmməd Aslan bizim dilimizin şirini-şəkəri idi. O Azərbaycan türkcəsinin ən gözəl bilicisi idi. Bizim dilimizə o qədər xarici sözlər gəlib ki, Məmməd Aslan hətta bu sözlərin qarşılığını tapmışdı. Həm də Məmməd Aslan türk dünyasının şairi idi. Siz onun siyasi fəaliyyətini də bilirsiniz yəqin. Onun bizim çətin günlərimizdə Türkiyədə çıxışları var idi ki, biz döyüşdük, amma siz yalnızca seyr etdiniz. Qorxmayın, qorxmayın sizin heç bir köməyiniz dəymədi.

-Sağlığında layiqli qiymət ala bildimi?

-Yox, Məmməd Aslanın qiymətini vermədilər...

-Birlikdə olduğunuz vaxtlar çox olub. Xatirələrinizdən danışa bilərsiniz?

-Məmməd Aslan mənim müəllimim olub. Biz həm də əminəvəsiyik. Bizim analarımız əmiqızıdılar. Mən çox sonradan bilmişəm ki, biz qohumuq. Hətta mənim Azərbaycan mətbuatına gəlməyimdə Məmməd Aslanın çox böyük rolu olub. Yalnız o, mənə kömək edib. O vaxtlar Azərbaycanda 3-4 qəzet çıxırdı, yəni mənim işləməyimə Məmməd Aslan vasitəçi olub.

-Sizcə, Məmməd Aslanın adının əbədiləşməsi üçün hansı işlər görülməlidir?

-Mənə elə gəlir ki, bunu hökümət görməyəcək. Hökümətin başı başqa işlərə qarışıb. Onun öz yerliləri bəlkə nəsə eləyə bilər. Onun bir şeiri var idi

“O Kəlbəcər qayıtmaz
Qayıtsa yüz Kəlbəcər”

Kəlbəcər qayıdacaq, mənə elə gəlir Kəlbəcərin ən mərkəzi küçəsi Məmməd Aslanın adı ilə adlandırılmalıdır. Onun bir sözü var. Deyir “Türkcə, Yunusca, qaraca oğlanca danışmaq”. Kəlbəcər də “Məmməd Aslanca” danışan bir diyardır.

Mənim həm də musiqi fəaliyyətim var, Məmməs Aslanın şeirlərindən birinə musiqi bəstələmişəm. Nə yaxşı ki, sağlığında çatdıra bildim. Onun bir şeiri var:
“Səndən özgə Azərbaycan nə var mənim ürəyimdə”. Bu şeirə musiqi yazdım və Məmməd Aslana təqdim elədim.

Türkan BƏŞİR

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir