Modern.az

Türkiyə-Bolqarıstan sərhədindəki insidentdə 1 nəfər öldürülüb

Türkiyə-Bolqarıstan sərhədindəki insidentdə 1 nəfər öldürülüb

Dünya

16 Oktyabr 2015, 10:47


Ötən gecə Türkiyə-Bolqarıstan sərhəddində əfqanıstanlı miqrantın ölümü ilə nəticələnən silahlı insident baş verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyədən Bolqarıstan ərazisinə keçmək istəyən 48 nəfərlik miqrant qrupu bolqar sərhədçilər tərəfindən saxlanılıblar.

Sərhədçilərin əmrinə tabe olmayaraq irəliləməkdə davam edən miqrantlar atəşə məruz qalıblar. Nəticədə əslən Əfqanıstandan olan miqrant dünyasını dəyişib.  

Faktdan xəbər tutan Bolqarıstanın baş naziri Boyko Borisov Brüsseldə qatıldığı Avropa Birliyi sammitini təcili tərk edərək ölkəsinə qayıdıb.    

Vüqar İsmayılov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür