Modern.az

Həbsxanadan qaçan xüsusi təhlükəli cinayətkar güllələndi

Həbsxanadan qaçan xüsusi təhlükəli cinayətkar güllələndi

16 Oktyabr 2015, 11:33


Bir neçə gün öncə Qırğızıstanda həbsaxanadan qaçan xüsusi təhlükəli cinayətkarldan biri öldürülüb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Mrkəzi Asiyada ən böyük geyim bazarı kimi tanınan “Dordoy” bazarında keçirilən xüsusi əməliyyat zamanı həbsxanadan qaçan Kadıəliyev soyadlı məhbus öldürülüb.

Qırğız polisi azadlıqda qalan digər 3 məhbusun da axtarışını davam etdirir.

Oktyabrın 12-də Aşağı Nooruz kəndindəki həbsxanada baş verən qiyam nəticəsində 3 həbsxana işçisi öldürülüb, 9 təhlükəli məhbus qaçıb.

Qısa müddətdə onlardan 5-i yenidən həbs olunub.  

Vüqar İsmayılov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir