Modern.az

Zorlanmış kişilər üçün xəstəxana açıldı

Zorlanmış kişilər üçün xəstəxana açıldı

16 Oktyabr 2015, 11:40

İsveçdə seksual zəmində hücumlara, o cümlədən zorlamalara məruz qalan kişilər üçün dünyada ilk dəfə olaraq xəstəxana açılıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Stokholmda baş tutan açılış mərasiminə ölkənin bütün aparıcı siyasi partiyalarının nümayəndələri qatılıblar.

“Biz çox şadıq ki, zorlamadan zərər çəkmiş qadınlardan sonra kişilər üçün də belə bir xəstəxana açırıq. Bu nəinki İsveçdə, dünyada ilk belə xəstəxanadır”- deyə İsveç Liberal Partiyasının mətbuat katibi Rasmus Yunland deyib.  

İsveç Antikriminal Şurasının statistikasına görə 2014-cü ildə ölkədə uşaq və kişilərə qarşı 370 seksual hücum faktı qeydə alınıb.

Ölkə Avropada zorlama sayına görə də ilk yerdədədir..  

Vüqar İsmayılov      

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub