ABŞ-ın Özbəkistndakı səfirliyinin 3 əməkdaşı özlərini Özbəkistan Xarici İşlər Nazirliyinin əməkdaşı kimi təqdim edərək ölkənin Qaşqadərya vilayətindəki pambıq plantasiyalarında çalışıblar. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, əcnəbi diplomatların məqsədi pambıq plantasiyalarında qanunsuz olaraq işlədilən uşaq və yeniyetmələri aşkarlamaq olub.
“Onlar özlərini Xarici İşlər Nazirliyinin işçiləri kimi təqdim edərək bir neçə gün pambıq plantasiyalarını müşahidə etdilər. 2 gün ərzində onlar yerli sakinlərlə söhbət edir və işləyənlər arasında uşaqları xüsusi həvəslə axtarırdılar”.
Sonradan aparılan araşdırmalar həmin diplomatların ABŞ-ın Özbəkistandakı səfirliyinin əməkdaşları olduğunu ortaya çıxarıb.
Özbəkistan mətbuatının fikrincə, dünyada ən böyük pambıq istehsalçısı olan ABŞ son vaxtlar daha ucuz və keyfiyyətli özbək pambığına marağın artmasına görə narahatdır.
Vüqar İsmayılov