Modern.az

Obama və Ərdoğan Putinə qarşı planları müzakirə etdilər

Obama və Ərdoğan Putinə qarşı planları müzakirə etdilər

16 Oktyabr 2015, 12:38

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Barak Obama ilə telefonda Suriya münaqişəsini müzakirə edib.

Modern.az saytının Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə ABŞ prezidenti Barak Obama ilə danışıq  zamanı “İslam dövləti” (İŞİD) terror təşkilatına qarşı mübarizə, PKK terroru və Antalyada keçiriləcək G 20 sammitinin gündəm mövzuları barədə müzakirələr aparılıb.

Liderlər İŞİD əleyhinə mübarizə məsələsində əməkdaşlığın gücləndirilməsi və Rusiyanın Suriyadakı fəaliyyəti qarşısında nələr edilə biləcəyi haqqında danışıblar.  

Ağ Ev başçısı Barak Obama isə 10 oktaybrda Ankarada baş verən dəhşətli terror hadisəsi ilə bağlı Ərdoğana başsağlığı verib. 

Bununla yanaşı o, İŞİD-ə qarşı hərbi təzyiqlərin artırılmalısının və Suriyanın konstruktiv müxalifətini gücləndirmək üçün ortaq hədəflərin vacibliyini vurğulayıb.  

Qeyd edək ki, Rusiyanın Suriyada İŞİD hədəflərini bombalaması Qərbin və Türkiyənin etirazına səbəb olub.

Aqşin Kərimov  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər