Modern.az

Putinin yaxın qohumu və dostları ölkədən 6 milyard dollar çıxarıblar - İDDİA

Putinin yaxın qohumu və dostları ölkədən 6 milyard dollar çıxarıblar - İDDİA

Dünya

16 Oktyabr 2015, 14:04


Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsinə aid olan biznesmenlərlə bağlı növbəti beynəlxalq qalmaqla yaşanır.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, Almaniyanın ən böyük bankı sayılan Deutsche Bank AG-nın da adı hallanan qalmaqalda Rusiya prezidentinin yaxın qohumunun və dostları olan Boris, Arkadi Rotenberq qardaşlarının ölkədən 6 milyard dollar pul çıxardığı iddia olunur.

“Bloomberg” agentliyi həmin vəsaitlərin Deutsche Bank AG bankı ilə imzalanan ticarət müqavilələri zamanı transaksiya sövdələşməsi yolu ilə xaricə köçürüldüyünü yazır.

Deutsche Bank və ABŞ Maliyyə Nazirliyi isə daxil olan məlumat əsasında araşdırmaya başlayıb. Buna səbəb biznesmenlər Arkadi və Boris Rotenberqlərin Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar siyahısında yer almasıdır.  

Deutsche Bank hələ avqust ayında rusiyalı məmurların çirkli pulunun yuyulması sxemnidə iştirak edən treyder Tim Uisveli vəzifəsindən kənarlaşdırıb.    

Vüqar İsmayılov     

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir