Modern.az

Jirinovski siyasətçiləri zibil adlandırdı

Jirinovski siyasətçiləri zibil adlandırdı

16 Oktyabr 2015, 14:39

Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Dövlət Dumasının iclasında “Ədalətli Rusiya” Partiyasından olan bir neçə siyasətçini zibil adlandırıb.

“Ponomaryov, Mitrofanov, Qudkov. Onlar (“Ədalətli Rusiya”) bütün ölkədən zibilləri yığıblar”, - Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, Jirinovski belə deyib.

RLDP lideri əlavə edib ki, deputatların həbsinin lehinə səs verəcək.

Deputat Ponomaryovun həbsi ilə bağlı prokurorluğun tələbinə bu gün Moskva vaxtı ilə saat 16:00-da baxılacaq.

Ponomaryovun müdafiəçiləri bu qərardan şikayət versələr də, Moskva şəhər məhkəməsi həbsin qanuniliyini təsdiqləyib. Deputat indi beynəlxalq axtarışdadır.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır