Modern.az

Tacikistanda fahişələr həbs ediləcək

Tacikistanda fahişələr həbs ediləcək

Dünya

16 Oktyabr 2015, 23:40

Tacikistan parlamenti fahişəliklə məşğul olanların cəzalandırılmasını sərtləşdirib. 

Modern.az xarici mediaya istinadən bildirir ki, yeni qaydalara görə, bu əməl üstündə birinci dəfə saxlanılanlar böyük miqdarda cərimələnəcəklər. İkinci dəfə həmin qadınlar 15 sutkaya qədər həbs ediləcəklər.

 Parlamentarların fikrincə, bundan əvvəl respublikada tətbiq edilən tədbirlər istənilən nəticəni verməyib. 2014-cü ilin payızında xəbər verilirdi ki, Tacikistan Daxili İşlər Nazirliyi təkcə fahişələri yox, onların müştərilərinin də məsuliyyətə cəlb edilməsi məsələsinə baxır. Ancaq hansı cəzadan söhbət getdiyi açıqlanmırdı.

Bu ilin fevral ayında Tacikistan hökuməti yanında fəaliyyət göstərən qadınların işi üzrə komitə bəyan edib ki, ölkədə fahişəliklə məşğul olan insanların sayı artıb. Komitə rəhbərliyi bu situasiyanı ölkə qadınlarının sosial-iqtisadi vəziyyətinin pisləşməsi ilə izah edirdi. 

QİÇS-lə, vərəmlə və malyariya ilə mübarizə üzrə Qlobal Fondun məlumatına görə, may ayında Tacikistanda ən azı 14 min fahişənin olduğu hesablanıb. 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır