Modern.az

SENSASİYA: Türkiyənin vurduğu təyyarə Rusiya istehsalıdır

SENSASİYA: Türkiyənin vurduğu təyyarə Rusiya istehsalıdır

17 Oktyabr 2015, 11:24

 

Ötən gün Türkiyənin Suriya ilə sərhəddə vurduğu pilotsuz təyyarə ilə yeni iddia ortaya atılıb. Modern.az-ın verdiyi xəbərə “gazeta.ru” saytı yazıb ki, həmin pilotsuz təyyarə  Rusiya tərəfindən məxfi şəkildə hazırlanıb.

Bildirilir ki, məhv edilən pilotsuz təyyarənin modelinin müəyyən edilməsi üçün “Orlan Marka” özəl texnoloji mərkəzə müraciət edilib.

Sözügedən şirkətin rəsmisi Aleksey Kritsman vurulan təyyarənin fotoları barədə mühakimə yürüdərkən qeyd edib ki, bu “Orlan Marka”ya məxsus deyil.

“Bu pilotsuz təyyarənin ölçüsü və texniki göstəriciləri fərqlidir”,-deyə o bildirib.

Rusiya müdafiə sənayesindəki mənbə isə adıçəkilən portala məlumat verib ki, bu modeldə hava aparatını Rusiya istehsal edir.

“Lakin bunu istehsal edən mərkəzin adı məxfi saxlanılır. Rusiya Müdafiə Nazirliyi pilotsuz təyyarənin bu modelindən istifadə etmir. Lakin ölkənin başqa strukturları bundan yararlanır”,-deyə mənbə söyləyib.

Pilotsuz aviasiya sahəsi üzrə ekspert Denis Fedutinov isə qeyd edib ki, vurulan təyyarə “Eleron 3 SV” modelidir. “Bu isə “Orlan 10” kompleksinin kiçik sinif aparatlarıdır”.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi verdiyi bəyanatla pilotsuz aparatın onlara məxsus olmamasına diqqət çəkib. Nazirliyin rəsmi təmsilçisi, general-mayor İqor Konaşenkov ötən gün bildirib ki, Rusiyanın Suriyadakı təyyarələrinin hamısı bazaya qayıdıb.

“Pilotsuzlar isə planlı rejimdə işləyir”,-deyə o əlavə edib.


Aqşin Kərimov


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir