Modern.az

“Bu kitabları oxu”- Aktyor –rejissor Nicat Kazımov: Məni dünya ədəbiyyatı ilə ilk dəfə Həmidə Ömərova tanış etdi - RUBRİKA

“Bu kitabları oxu”- Aktyor –rejissor Nicat  Kazımov: Məni dünya ədəbiyyatı ilə ilk dəfə Həmidə Ömərova  tanış etdi - RUBRİKA

17 Oktyabr 2015, 13:45


Modern.az saytı “Bu kitabları oxu” rubrikasını davam etdirir. Rubrikada mütaliəsinə görə seçilən məşhur şəxs özünün sevdiyi müəllif və bədii əsərləri oxuculara tövsiyyə edir. Bu dəfə əməkdar artist Nicat Kazımov tövsiyyə etdiyi müəllif və kitabların adını çəkir:  

“Son illər mənim oxuduğum əsərlər teatral ədəbiyyatla bağlıdı.

Demək olar ki, bədii ədəbiyat oxumağa vaxt olmur. Amma arada bir vaxt tapanda nələrsə oxuyuruq.  Məsləhət görərdim ki,  Haggardın əsərlərini oxusunlar. İstirahət etmək üçün Haggardın əsərlərini sevə - sevə oxuyuram. Onun "Kleopatra"  əsəri çox maraqlıdır.

Əməkdar artist dünya ədəbiyyatından bu müəlliflərin adını xüsusi qeyd edir: 

“Klassiklərin hamısını oxumağı tövsiyə edərdim. Xarici ədəbiyyatdan Bernard Şounu yaradıcılığı çox maraqlıdır. Daha sonra Edman Rossu məsləhət görərdim. Yalnız bir əsərin adını çəkmək doğru olmaz. Rus ədəbiyyatından Tolstoy və Dostoyevski çox gərəklidir. Çexovun əsərlərini oxumuşam və bütün gənclərə tövsiyyə edərdim. Birinci dəfə mənə dünya ədəbiyyatına müraciət eləməyi Həmidə xanım Ömərova məsləhət bilmişdi.

Onda mən birinci kursda oxuyurdum. O vaxta qədər ancaq  məktəbdə tədris olunan Azərbaycan ədəbiyatı ilə tanış idim. Birinci dəfə mən xarici ədəbiyyatdan Həmidə xanımın məsləhəti ilə Markesin “Yüz ilin tənhalığı” əsərini oxudum. Hətta kitabı da mənim üçün özü gətirmişdi.

Kitab rus dilində idi amma mən rus dilini bilmirdim. Həmin kitabı oxuya- oxuya rus dilini də öyrəndim. Dünya ədəbiyyatından daha sonra Oskar Vayld və Hans Hristian Andersonu oxusunlar. Andersonun nağılları həm uşaqlar, həm də böyüklər üçün çox gərəklidir”.

Nicat Kazımov sonda Azərbaycan və türk ədəbiyyatından da bəzi nümunələri məsləhət görür:

Son vaxtlar bizimkilərdən Hacı Arif Buzovnalının şeir kitabı mənə çox maraqlı gəlib.  Həddən artıq maraqlı şeirləri var. Məsləhət görürəm ki, gənc yazarları oxusunlar.

10 səhifədən sonra məlum olacaq  ki, oxumağa dəyər, ya yox. Mənim kitabxanam çox böyükdür. Kitabxanamdakı əsərlərin çoxu sənətimlə bağlıdı. Türk ədəbiyyatında çox gözəl əsərlər var və  mən də  türk pyeslərinə çox müraciət edirəm”.

Türkan BƏŞİR


Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir