Modern.az

“Nostalji”- Yaddan çıxmayan teleseriallar - RUBRİKA

“Nostalji”- Yaddan çıxmayan teleseriallar - RUBRİKA

Mədəni̇yyət

17 Oktyabr 2015, 14:12

Modern.az  “Nostalji” rubrikasında bu dəfə də sizləri yaxın və uzaq keçmişin nostalgiyası ilə görüşdürəcək.  Nostalji xatirələri, keçmişi  xatırlamaq insanı təmizləyir deyirlər. Bu prinsipdən çıxış edərək,  yaxın keçmisin daha bir şirin xatirəsi olan –teleserialları bir daha xatırlamaq qərarına gəldik.

Hansı ki, 1990-cı illərin sonunda ictimai nəqliyyatda, bazarda, küçələrdə az qala hər yerdə bu serialların qəhrəmanlarından danışardılar. Hətta elçi gedəndə belə oğlanlarını Alfredoya, yaxud Xulya Sasara oxşadığını deyən də var idi:  


“Santa-Barbara" -Serial 1984-cü ildə ekranlara çıxıb, 1993-cü ildə yekunlaşıb. “Santa-Barbara” 2137 seriyadan ibarət olub, davamlılığı 66 gün 18 saat 45 dəqiqə çəkib. Kaliforniyanın kiçik şəhəri Santa-Barbarada yaşayan 4 ailənin ətrafinda baş verənlərdən bəhs edən serialda hadisələr Kapvellərin böyük oğlu Channingin qətli ilə başlayır.

Serial ana vətəni Amerikadan daha çox bəlkə də, Rusiyada sevilir və izlənirdi. Bunun da özünəməxsus səbəbləri var idi. o zamanın tamaşaçısını cəlb etmək elə də çətin deyildi. Buna intiriqalı hadisələr, səngiməyən həyəcan, romantik sevgi və zəngin insanların yaşayış tərzinin təsviri əlavə olunması isə izləyicilərin marağına səbəb olurdu . Santa-Barbara”nın ər-arvad cütlüyü olan ssenaristləri doğru zamanda düzgün biznes qurmuşdular... Həmvətənlərimiz bu uzunömürlü seriyalı yəqin ki, unutsunlar...

"Görüş yerini dəyişdirmək olmaz” -1979-cu ildə SSRİ-də çəkilmiş beşseriyalı televiziya filmidir. SSRİ-nin hər bucağında o cümlədən Azərbaycanda da maraqla qarşılana bilmişdi. Rejissor Stanislav Qovoruxinin bu filmi Vayner qardaşlarının "Mərhəmət erası" romanına əsaslanır. Filmin hadisələri 1945-ci ilin avqust-noyabr aylarında cərəyan edir. Moskva cinayət axtarış idarəsinin əməkdaşları olan təcrübəli əməliyyat işçisi Qleb Jeqlov və İkinci dünya müharibəsinin cəbhəsindən dönərək idarəyə yenicə qoşulan Vladimir Şarapov "Qara pişik" adlı quldur dəstəsinə qarşı mübarizə aparır. 


“Baharın on yeddi anı” - Rejissoru Tatyana Lioznova olan “Baharın on yeddi anı” çoxseriyalı filmdir. Yulian Semyonovun eyniadlı romanı əsasında çəkilib və 12 seriyadan ibarətdir. Film premyeradan sonra o qədər məşhurlaşdı ki, növbəti nümayiş 3 aydan sonra oldu. Filmin Sovet televiziyasında ilk nümayişindən sonra rejissor  tamaşaçılardan 12 kisə məktub alıb. Filmdəki hadisələr İkinci dünya müharibəsində Almaniyanın təslim olmasına az qalmış 1945-ci ilin 12 fevralından 24 martına qədər olan günləri əhatə edir. Filmin baş qəhrəmanı ştandartenfürer Maks Otto fon Ştirlis sovet kəşfiyyatçısıdır və SD mərkəzi aparatında işləyir. Ona Reyxin rəhbərlərindən kimin ABŞ və Böyük Britaniyanın müvəqqəti sülhü ilə bağlı birtərəfli danışıqlar aparmasını tapmaq tapşırığı verilir. Film RSFSR Dövlət Mükafatı ilə təltif olunub.   


“Çalıquşu” – 1986-cı ildə ekranlaşdırılan və cəmi 7 bölümdən ibarət olan “Çalıquşu” Azərbaycanda həqiqətən də bir partlayışa səbəb  oldu. Bu yerli auditoriyanın gördüyü ilk türk serialı idi. Osman Sedenin quruluş verdiyi,Aydan Şenerin isə əlavə rəng qatdığı serial yeni versiyalarının çəkilməsinə baxmayaraq bu gün sevilir.    


Mehriban düşmən” – Ekranlara yol açan ilk latın Amerikası seriallarından biri... İstər paytaxtda, istər əyalətlərdə özünə xeyli tamaşaçı kütləsi qazandıra bildi. Hətta o zaman elektrikin olmadığı kəndlərdə məxsusi olaraq bu seriala baxmaq üçün evlərə bir-bir generatorlar alınırdı. 1995-ci ildə Venesuelada istehsal olunan “Mehriban düşmən” 1997-ci ildə Aztv-də nümayiş olundu.  Maraqlı süjet xətti Azərbaycan tamaşaçısını öz sehtinə sala bildi:  

Burada xanım qəhərman Viktoriya Anduessa gözəl, imkanlı xanımdır. Onun atası turizm şirkətlərindən birinə rəhbərlik etməklə,Viktoriyanın İtaliyada tətildə olduğu müddətdə bir neçə saxta maliyyə əməliyyatı nəticəsində şirkətə məxsus milyonlarla pulları "oğurlayır."

Şirkətin əməkdaşlarından olan Hulio Sesar Gerrero isə, bütün bu olanlardan xəbər tutur və şirkətin mənafeyini düşünərək, bu haqda direktorlar şurasına məlumat verir.Yaranmış böyük qalmaqaldan sonra, Viktoriyanın atası yatağa düşür və tezliklə dünyasını dəyişir.

Bütün olanlardan, atasının səhvlərindən xəbərsiz olan Viktoriya isə Huliodan qisas almaq qərarına gəlir və özünü ona sevdirməyə başlayır.İstəyinə nail olur lakin qarşı tərəfə əzab verdiyi anda özünün də ona aşiq olduğunu anlayır.  

“Qvadalupe” -  yerli tamaşaçıların “Mehriban düşmən”in təsirindən ayrılmadığı zamanda 1998-ci ildə ekranlara daha bir teleserial  “Qvadalupe”  qədəm basdı. Bu Venesuella məhsulu da insanları öz təsirinə sala bildi. Süjet isə sırf  Latın Amerikasına xas olan süjet idi: burada da Alfredo adlı vəkil Qvadalupe adlı zəngin ailəyə aid qızla sevgilidir. Lakin hər iki tərəfdən buna mane olmaq istəyənlər var ki, bütün serial bu konfliktin üzərində qurulur.    


İtkin gəlin” – sıra gəldi yerli məhsulumuz olan teleseriallara. Əslində bizim yerli məhsullar teleserial yox çoxseriyalı bədii film xarakterli idi. Bunların ilk nümunəsi isə 1994-cü ildə rejissor Lütfi Məmmədbəyov tərəfindən çəkilən “İtkin gəlin”dir. 12 seriyalı film dövlət televiziyasında partlayışla qarşılandı. Məleykə Əsədova və Elşən Rüstəmovun baş rolda çıxış etdiyi ekran əsərini çox güman bu gün də xatırlayanlar az deyil.  

“Ünvansız qız” – 1997-ci ildə rejissor Rövşən Almuradlı tərəfindən ekranlaşdırılan çoxseriyalı televiziya filmi 6 bölümdən ibarət idi. Tamaşaçılar bunu bir növ “İtkin gəlin”in davamı olaraq izləməyə başladılar.  Burada kənddən şəhərə gələn qızın acı tayeindən söz açılır.  


“Fatehlərin divanı” – Azərbaycan film tarixinin şedevrlərindən sayılan ekran əsərinin çox təəssüf ki, cəmi 4 buraxılışı çəkildi. Lakin dar məkanda və bölümlərin azlığına baxmayaraq rejissor Ramiz Həsənoğlunun bu əsəri ölkədə xüsusi maraqla qarşılandı. Burada türk xaqanları, Oğuz xandan tutmuş Atillaya qədər hamısı haqq divanına toplaşaraq Əmir Teymuru sorğu-suala çəkirlər.  

Türkan BƏŞİR

Elmin NURİ    


Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi