Modern.az

PKK-nın gizli silah anbarı aşkarlandı

PKK-nın gizli silah anbarı aşkarlandı

17 Oktyabr 2015, 22:19

Rusiya və ABŞ-ın İŞİD-lə mübarizə adı ilə PKK-nın Suriya qolu PYD-yə etdiyi silah yardımına Türkiyənin sərt reaksiya göstərməsinin səbəbləri məlum olub.

Modern.az  Publika.az-a ya istinadən xəbər verir ki,  Türkiyənin 24 iyul tarixindən bu yana Qəndilə qarşı təşkil etdiyi hava əməliyyatlarında PKK-nın gizli silah anbarları vurulmuşdu. 

Vurulan həmin anbarlarda ABŞ-ın PYD-yə verdiyi, ancaq sonradan PKK-in əlinə keçən silah-sursatın olduğu müəyyən edilmişdi. Tank əleyhinə minalar, minaatanlar, avtomatik tüfənglər və zenit  raketlərinin olduğu gizli anbarlar pilotsuz təyyarələrindən çəkilən görüntülər, kəşfiyyat  məlumatları və xüsusi təyinatlıların Qəndilə sızması ilə aşkarlanmışdı. Xüsusi təyinatlıların lazer üsulu ilə işarələdiyi gizli silah anbarlarını F-16 qırıcıları məhv edib. Əməliyyatın keçirilməsindən qısa müddət əvvəl ABŞ koordinasiya məqsədi ilə məlumatlandırılıb.

Gizli silah anbarının vurulmasından sonra ortaya çıxan görüntülər Ankaranı şoka salıb. Gizli anbarın ətrafında üç ayrı partlayış baş verib və nəticədə gizli anbara tunellərlə bağlanmış 3 ayrı gizli anbar havaya uçub. ABŞ-ın PYD-yə verdiyi silah və sursatların bu anbarlarda saxlanıldığı bildirilir.

ABŞ-ın Suriyanın şimalındakı kürd qruplara silah verəcəyini açıqladıqdan sonra ABŞ-ın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə PYD-nin yaxşı niyyətli olmadığı, PYD-yə veriləcək silahların PKK-nın əlinə keçəcəyi dəqiq şəkildə izah edilib. PYD-yə silah veriləcəyi halda Türkiyənin milli təhlükəsizlik maraqlarının təhlükə qarşısında qalacağı vurğulanıb.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir