Modern.az

Gəmi batdı -12 nəfər öldü

Gəmi batdı -12 nəfər öldü

18 Oktyabr 2015, 00:16

Ukraynanın Odessa şəhəri yaxınlığında səyahət gəmisinin qəzaya uğraması nəticəsində ən azı 12 nəfər batıb.

Modern.az Report-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın İnfrastruktur Nazirliyi məlumat yayıb.

"Axtarış işləri nəticəsində 23 nəfəri xilas etmək mümkün olub, 12 nəfərin meyiti tapılıb. Axtarış işləri davam edir. Məlumat yenilənəcək", - deyə məlumatda bildirilir.
Bununla yanaşı gəminin göyərtəsində 36 nəfərin olduğu qeyd edilib. 

  Modern. az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?