Modern.az

Rusiya Suriyada İŞİD-ə aid 49 nöqtəni vurdu

  Rusiya Suriyada İŞİD-ə aid 49 nöqtəni vurdu

18 Oktyabr 2015, 01:16

Rusiya Suriyada İŞİD-ə aid 49 nöqtəni vurub. Modern. az  xarici mediaya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasında bildirilir ki, Rusiya hərbi təyyarələri hədəf seçdiyi yerlər üçün 24 saatda 36 dəfə havaya qalxıb. Hədəf nöqtələri İdlib, Lazkiyə, Həmə, Hələb və Şam olub.

Digər tərəfdən Rusiya bəyan edib ki, Suriyaya insanlar üçün yardım aparan təyyarə geriyə dönərkən 38-i rus vətəndaşı olmaqla, 56 nəfəri Moskvaya gətirib.

Qeyd edək ki, Rusiya əvvəl də xeyli sayda vətəndaşını təxliyə etmişdi.

Modern. az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir