Modern.az

“Əl-Qaidə”nin daha bir lideri öldürüldü

“Əl-Qaidə”nin daha bir lideri öldürüldü

Dünya

18 Oktyabr 2015, 22:50



ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) verilən açıqlamada bildirilir ki, Suriyanın şimal-qərbində ötən günlərdə təşkil olunan hava hücumunda Xorasan Qrupu lideri Sanafi Al-Nasrın öldürülüb.

  Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Pentaqon sözçüsü Piter Kuk açıqlam verib. O, məsələyə dair yazılı açıqlamasında "koalisiya qüvvələrinin Suriyanın şimal-qərbində 15 oktyabrda həyata keçirdikləri hava hücumunda Xorasan Qrupu olaraq tanınan “Əl-Qaidə”nin təcrübəli döyüşçülərinin ən yüksək rütbə lideri və Səudiyyə əsilli, əsl adı Əbd Möhsün Abdullah İbrahim El-Şariki olan Sanafi Al-Nəsr öldürülüb" bildirib

Piter Kuk uzun zamandır “Əl-Qaidə” üçün pul və döyüşçü toplayan təcrübəli Sanafi Al-Nasrın Körfəz zonasından yardımlar topladığı, Suriyada təşkilata yeni tərkiblər üçün yollar formalaşdırdığı və təşkilatın Qərbdəki əməliyyatlarına kömək etdiyi məlumatını bölüşüb.   “Əl-Qaidə”nin İrandakı təşkilatlanma şəbəkəsində də yer alan Nasrın 2013-cü ildə Suriyaya keçmədən əvvəl də “Əl-Qaidə”nin maliyyəsinə məsul olduğu bildirilib. Pentaqon sözçüsü deyib ki, Al-Nasr son dörd ay ərzində öldürülən Xorasan Qrupunun beşinci yüksək səviyyəli rəsmisidir.
ABŞ onu 22 avqust 2014-cü il tarixindən qlobal terrorçu siyahısına salmışdı.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı