Modern.az

Türkiyə rəhbərləri Merkeli cəsarətinə görə alqışladılar - FOTOLAR

Türkiyə rəhbərləri Merkeli cəsarətinə görə alqışladılar - FOTOLAR

18 Oktyabr 2015, 23:30


Türkiyədə səfərdə olan Almaniya kansleri Angela Merkel oktyabrın 18-də prezident Rəcəb Tayyip Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşüb.

Modern.az saytı “Anadolu Ajansı”na istinadən xəbər verir ki, Merkellə görüşün ardından açıqlama verən Əhməd Davudoğlu müzakirə olunan məsələkərdən danışarkən  "türk vətəndaşlarına Şengen vizasının tətbiqinin başlaması lazımdır. Ümid edirik ki, 2016-cı ilin iyulundan etibarən bu, gerçəkləşər" deyib.

Əhməd Davudoğlu Angela Merkellə Dolmabaxça Sarayında keçirdiyi birgə mətbuat konfransında alman kanslerlə qlobal və regional məsələləri əhatəli şəkildə müzakirə etdiklərini vurğulayıb. Görüşdə xüsusilə Yaxın Şərqdəki proseslər və Suriya probleminə də toxunulub.

“Suriyada son 5 il ərzində insanı bir faciəyə çevrilən problemə hər iki ölkədə duyduğumuz narahatlığı ifadə etdik. Suriya problemi həll olunmadan qaçqınlar probleminin həll edilməsi çox çətindir. Nəhayət, Suriyada problem olmasayı bu gün Türkiyə və Almaniya, ümumən Avropa  qaçqın axınına məruz qalmayacaqdı. Bu çərçivədə Suriyadakı son prosesləri əhatəli şəkildə müzakirə etdik və bütün maraqlı ölkələri Suriyadakı proseslərin daha da mənfi təsir etməməsi məsələsində həssas yanaşma çağırışı barədə də ortaq bir perspektivi dilə gətirdik" – Ə.Davudoğlu bildirib.

O, deyib ki, Türkiyə Merkelin tutduğu cəsarətli davranışı təqdir edir.

“Çünki belə bir problem qarşısında gözlərini bağlamadılar, qaçqınların problemlərinə biganə  qalmadılar. Avropada bir çox ölkə lideri qaçqınların qapıdışı deportasiya edilməsinin lazım olduğunu söyləyərkən, Merkelin özü qaçqınlar məsələsində son dərəcə insani bir davranış nümayiş etdirdi".
 


Prezident Ərdoğanla Almaniya kansleri öz aralarındakı görüşdən sonra mətbuat konfransı keçiriblər.

Rəcəb Tayyib Ərdoğan Angela Merkellə Türkiyənin Avropa Birliyinə (Aİ) daxil olması məsələsini müzakirə etdiklərini bildirərək, “Almaniyanın, Fransanın, Böyük Britaniyanın, İspaniyanın bu məsələdəki dəstəyini özlərindən xüsusilə xahiş etdim" deyib.

Ərdoğan terrora qarşı birgə mübarizə məsələsinin söhbətin əsas mövzularından olduğunu da vurğulayıb. Prezident görüşdə terror təşkilatlarına qarşı müştərək hərəkət etməyin vacibliyi üzərində dayandıqlarına toxunub.

Almaniya kansleri Merkel də Türkiyənin bu günə qədər 2 milyondan artıq qaçqını qəbul edərək çox çətin bir yük altında olduğnu bildirib. O, deyib ki, qaçqın axınının artacağını, bu axının Türkiyə üzərindən Avropa Birliyinə də yönələcəyini görmək mümkündü: “Bu məsələdə Türkiyənin yükünü mütləq birlikdə üstlənməyin lazım olduğunu qeyd edirik”. 

 Merkel Ərdoğanla növbəti görüşlərinin Antalyadakı G20 zirvəsində olacağını deyib.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq