Modern.az

Təyyarədə insident: qonşusunu dişləyib öldü

 Təyyarədə insident: qonşusunu dişləyib öldü

19 Oktyabr 2015, 11:10

“Aer Lingus” aviaşirkətinə məxsus olan və Lissabondan Dublinə uçan təyyarədə ölüm hadisəsi baş verib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı İrlandiya vətəndaşı təyyarə havaya qalxdıqdan 2 saat sonra qəfil panikaya düşərək yanaşı oturduğu sərnişini dişləyib.

Göyərtədəki insanların yardımı ilə zərərsizləşdirilən şəxs huşunu itirib. Təyyarə İrlandiyanın Kork şəhərində təcili eniş etsə də, İrlandiya vətəndaşının həyatını xilas etmək mümkün olmayıb.

Hava limanının işçiləri 170 sərnişini evakuasiya edib. Mərhum İrlandiya vətəndaşının dişlədiyi sərnişin isə xəstəxanaya yerləşdirilib.

Vüqar İsmayılov

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?